Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə investisiya portfelində qızılın payını artırıb.
Bunu Elchi.az – a müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.
“Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb”, – deyə o qeyd edib.