“Apple” şirkəti ABŞ Patent və Ticarət Nişanı İdarəsinə iPhone ekranının səthi altındakı selfi kamerası texnologiyasını təsvir edən sənəd təqdim edib.
Elchi.az xəbər verir ki, sənədi “Patently Apple” portalı aşkar edib.
Patent təsvirlərinə əsasən, texnologiya displeyin aktiv hissəsində yerləşən sifətin tanınması üçün kamera və skanerlərin dəqiq işləməsini təmin etməlidir. Bu, ekranın faydalı səthini artırmağa, onu Dynamic Island çentikindən məhrum etməyə imkan verəcəkdir.
Miniatürlər həmçinin ekranın yuxarı hissəsində azaldılmış kəsikli versiyanı göstərir, burada displeyin altında yalnız bir cihaz gizlənir.
Şayiələrə görə, “iPhone” 17 Pro Max seriyadakı ən kiçik çentikə sahib olacaq, Face ID skaneri isə daha kiçik olacaq. 2025 digər modellərdə Dynamic Island-ın “köhnə” versiyası olacaq. Bəlkə də patentdə təsvir olunan yeni texnologiya bu istiqamətdə bir addım olacaq. Apple-ın patentdə təsvir olunan texnologiyanı tətbiq edəcəyi istisna edilmir.
Yeganə