image-applebackend

“Apple” ABŞ-a 500 milyard dollar sərmayə qoyur

“Apple” növbəti dörd il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacaq.
Elchi.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Apple” tərəfindən edilən yazılı açıqlamada , şirkətin Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Oreqon, Şimali Karolina və Vaşinqtonda komanda və obyektlərini inkişaf etdirməyə qərar verdiyi ifadə edilib.
Açıqlamada, planlaşdırılan investisiyalar arasında Texasda yeni fabrikin qurulmasının olduğu, süni intellekt və silikon mühəndisliyinə investisiyaların da artırılacağı bildirilib.
Açıqlamada şirkətin gələcək 4 il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağı və bu məbləğin şirkətin tarixində ən böyük “xərcləmə öhdəliyi” olduğu vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən Apple şirkətinin baş direktoru Tim Kuk, Amerika innovasiyalarına nikbin baxdıqlarını ifadə edərək, “Amerika innovasiya tarixində qeyri-adi yeni bir səhifə yazmağa kömək etmək üçün bu ölkədəki insanlar və şirkətlərlə işləməyə davam edəcəyik”,- deyə qiymətləndirmə aparıb.
Apple-ın açıqlamasından sonra ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media saytından açıqlama verərək, “Apple, ABŞ-da rekord 500 milyard dollarlıq investisiya elan etdi. Səbəb bizim gördüyümüz işlərə inanmalarıdır, əks halda 10 qəpik belə qoymazdılar. Təşəkkürlər Tim Kuk və Apple!” – ifadələrdən istifadə edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki