Almaniya uzun müddətdir artan gərginliyin kölgəsində mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı milli sığınacaq planı hazırlayır. Bu plan çərçivəsində vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq.
Elchi.az xəbər verir ki, Almaniya hökuməti artan beynəlxalq təhlükələr və dünyada davam edən müharibələr fonunda sığınacaqlar şəbəkəsi yaratmağı planlaşdırır.
Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı hərbi hücum təhdidlərindən sonra Almaniyada “milli sığınacaq” hazırlamaq planı gündəmə gəlib.
Almaniyada çıxan Bild qəzetində dərc olunan xəbərə görə, bu qərar müxalifət və Federal Mülki Müdafiə Agentliyinin (BBK) ola biləcək bir hücum və ya müharibə riskinə qarşı sığınacaqların hazırlanması ilə bağlı xəbərdarlıq etməsindən sonra verilib.
Şayəstə Hüseynova