Təkcə karbon qiymətqoyma ilə iqlim dəyişikliyi ilə mübarizədə nəyəsə nail olmaq çətindir.
Elchi.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) nümayəndəsi Sandeep Bhattacharya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
“Bu məsələdə karbon qiymətqoyma effektli olsa da, başqa strateji alətlər də təqdim edilməlidir. ADB-nin yardıma ehtiyacı olan üzvləri var. Onlar iqlim dəyişikliyindən əziyyət çəkir və stressdədir. Onların xüsusi strategiyaya ehtiyacı və yardıma ehtiyacı var. ADB-nin bu məsələləri maliyyələşdirmək üçün iddialıdır”, – deyə o qeyd edib.
Havar Şəfiyeva