image-21backend

ABŞ və Ukrayna mineral sövdələşmələr barədə razılığa gəliblər

ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə saziş üzrə razılığa gəliblər və bu mövzuda danışıqlar başa çatıb.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Besant məlumat verib.

“Müqavilə hazırdır. Prezident [Volodimir] Zelenski sabah imzalamağa gələcək, ona görə də bu məsələ ilə bağlı danışıqlar artıq davam etmir. Əminəm ki, prezident Zelenski və prezident [Donald] Tramp geniş mövzuları müzakirə edəcəklər, lakin razılaşmaya gəldikdə, o, hazırdır.

Mətn artıq kağız üzərindədir, Ukrayna hökuməti bunu təsdiqləyib və indi [sənəd] sadəcə imzalanmağı gözləyir”, – Besant Fox Business telekanalında bildirib.

“Bu, strateji faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivləri ilə bağlı sövdələşmədir”, – nazir izah edib. Onun fikrincə, bu razılaşma həm Vaşinqton, həm də Kiyev üçün faydalı olacaq.

Amerika lideri daha əvvəl təsdiqləyib ki, o, fevralın 28-də Volodimir Zelenski ilə Ukraynada nadir torpaq elementləri və digər faydalı qazıntıların çıxarılmasına dair saziş imzalamaq niyyətindədir.

“Vaşinqton və Kiyev Trampın fevralın əvvəlində maraqlandığını bildirdiyi Ukraynanın mineral ehtiyatlarına dair sazişin imzalanması üzərində işləyir. Bundan əvvəl Zelenski Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı bəndin daxil edilməsində israr edərək sənədi imzalamaqdan imtina etmişdi.

Eyni zamanda, Tramp və Zelenski arasında Vaşinqtonun Kiyevə yardım üçün xərclədiyi vəsait və Ukraynanın onlara kompensasiya ödəmək öhdəliyi ilə bağlı ciddi fikir ayrılığı var.

“Ukrayna həqiqəti” jurnalının yazdığına görə, Ukrayna hökuməti tərəfindən təsdiqlənən sənəddə investisiya fondunun yaradılması planlarından danışılır, lakin onun fəaliyyəti ilə bağlı təfərrüatlar qeyd olunmur.

Müzakirələrdə xüsusilə fondun praktikada necə idarə olunacağı, ABŞ nümayəndələrinin hansı səlahiyyətlərə malik olacağı və onun mülkiyyət strukturuna diqqət yetirilir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki