image-thumbs-b-c-d97b5db51b7b0b9482d894f6c89ef2e7-2backend

ABŞ və Rusiya arasında məhbus mübadiləsi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ ilə məhbus mübadiləsi çərçivəsində bir Rusiya və bir ABŞ vətəndaşının qarşılıqlı olaraq azad edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən açıqlamada, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya ilə ABŞ arasında məhbus mübadiləsinin həyata keçirildiyi bildirilib.
Açıqlamada deyilir: “Bu gün Rusiya vətəndaşı Artur Petrov Rusiyaya gətirilib. Petrovun müqabilində Rusiyada dövlətə xəyanətdə və xarici dövlətə maddi yardım göstərməkdə ittiham olunan və 12 il müddətinə azadlıqdan məhrum edilən ABŞ və Rusiya vətəndaşı Kseniya Karelina dəyişdirilib. Rusiya prezidenti aprel ayında Karelina üçün əfv fərmanı imzalayıb”.
ABŞ dövlət katibi Marko Rubio bu gün Rusiyada 12 il həbs cəzasına məhkum edilmiş ikili vətəndaş Karelinanın azadlığa buraxıldığını açıqlayıb.
Wall Street Journal (WSJ) ABŞ hökumətinin məhbus mübadiləsi çərçivəsində Karelina müqabilində “2023-cü ildə Kiprdə həbs edilmiş Alman-Rusiya vətəndaşı Artur Petrov”u azad etdiyini bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki