ABŞ və Meksikanın bölgədə təhlükəsizliyi artırmaq üçün sərhədin öz tərəflərində koordinasiyalı patrullar aparmağa razılaşdıqları bildirilir.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamaya görə, Şimali Amerika Aerokosmik Müdafiə və Şimal Qüvvələri komandanı general Qreqori M.Gillot Meksikanın müdafiə naziri Rikardo Trevilya Trejo ilə sərhəd təhlükəsizliyi mövzusunda görüşüb.
Hər iki tərəf öz ölkələrinin sərhədyanı ərazilərində koordinasiyalı patrullar aparmağa, “məlumat mübadiləsini artırmağa və ani ünsiyyət üsullarını qurmağa” razılaşıblar.
Meksika hökuməti həmçinin Tramp administrasiyasının qeyri-qanuni immiqrasiya və fentanil qaçaqmalçılığı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün sərhədə 10 min əsgər yerləşdirməyə qərar verib.
General Guillot fevralın 13-də Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi ifadəsində ABŞ-ın Meksika sərhədində 5 min əsgərinin xidmət etdiyini və bu sayın artacağını gözlədiklərini bildirib.
Şayəstə Hüseynova