image-saldiri5847backend

ABŞ və Böyük Britaniya aviasiyası Yəmənin Hudeydə şəhərinə zərbə endirib

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın Hudeyda şəhərinə iki hava hücumu həyata keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, Husilər ABŞ və Britaniya koalisiyasına aid təyyarələrin Hudeydə şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.
Husilərə bağlı “Əl-Mesira” televiziyasının xəbərində ABŞ-İngiltərə koalisiyasına aid təyyarələrin Hudeydanın qərbindəki Əl-Cebbane bölgəsinə 2 hava hücumu təşkil etdiyi bildirilib.
Xəbərlərdə bombardman nəticəsində dəyən ziyanla bağlı məlumat verilməyib.
ABŞ və Böyük Britaniya hələlik hücumlarla bağlı açıqlama verməyib.
Husilərin nəzarəti altında olan sahil şəhəri Hodeyda beynəlxalq hava limanı və 3 limanı olduğu üçün Yəmənin ən əhəmiyyətli şəhərlərindən biri hesab olunur.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki