image-b0b3e2d4-73b1-330d-8073-7e9604092f2d_850backend

ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər

Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.

“AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb”, – o bildirib.

Məlumata görə, şirkət daha əvvəl dəymiş ziyanı 52-57 milyard dollar qiymətləndirib.

“AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki