ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, Cessna 172S və Lancair 360 MK II təyyarələri Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub. Tucson şəhərinin şimal-qərbindəki hava limanında baş verən qəzada təyyarələrdən biri sağ-salamat eniş edərkən digəri qəzaya uğrayaraq alovlanıb.
Elchi.az xəbər verir ki, Marana Polis İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Marana Bələdiyyəsindən verilən açıqlamada təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin sağlamlıq durumu ilə bağlı məlumat verilməyib.
Səlahiyyətlilər, qəza araşdırması tamamlanana qədər hava limanının bağlı qalacağını açıqladı. Marana Regional Hava Limanının direktoru Galen Beem, “Bu hadisədən təsirlənən fərdlər və ailələr üçün dərin kədər hissi keçiririk”. “Marana Polis İdarəsi və Şimal-Qərb Yanğından Mühafizə Bölgəsi ekipajlarına sürətli reaksiyaya görə minnətdarıq” dedi.
Şayəstə Hüseynova