ABŞ-ın Corciya ştatının Atlanta şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, Atlantanın şərqindəki kiçik hava limanından havaya qalxan tək mühərrikli təyyarə havaya qalxdıqdan qısa müddət sonra Kovinqton Bələdiyyə Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
Kiçik bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan iki nəfər həyatını itirib.
Qəzada ölənlərin şəxsiyyətini dəqiqləşdirməyə çalışan səlahiyyətlilər, havaya qalxdıqdan sonra təyyarə ilə digərləri arasında əlaqənin olmadığını da bildiriblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırır.
Şayəstə Hüseynova