image-zire-yeni-2024backend

“Zirə” səfərdə qalib gəldi

“Zirə” Misli Premyer Liqasında növbəti qələbəsini əldə edib.

Elchi.az xəbər verir ki, Zirə təmsilçisi XII turda “Şamaxı”nın qonağı olub.

Matç zirəlilərin qalibiyyəti ilə bitib – 2:0.

Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran “qartallar” hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.

Qeyd edək ki, ötən gün “Neftçi” evdə “Araz-Naxçıvan”a uduzub – 0:1. “Turan-Tovuz” – “Qarabağ” matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də keçiriləcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki