Zaxarova Maskın Rusiya Federasiyası ilə əlaqələrini yox, Bayden ailəsinin korrupsiyasını araşdırmağa çağırıb.
Elchi.az xəbər verir ki, ABŞ-dakı demokratlar amerikalı sahibkar və iş adamı İlon Maskın Rusiya ilə əlaqələri ilə bağlı fərziyyələr əvəzinə, ABŞ prezidenti Co Baydenin ailəsindəki korrupsiyaya diqqət yetirməlidirlər. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında belə bəyanatlara münasibət bildirib.
Zaxarova Demokratlar Partiyasının nümayəndələrinə partiya üzvü olan prezident Con Kennedinin qətlini araşdırmağı tövsiyə edib.
“Onlar (demokratlar – redaktorun qeydi) digər partiya üzvlərinin və onun ailəsinin – Baydenin korrupsiyasını və onun Kiyev rejimi ilə terrorizmi himayə edən cinayət əlaqələrini araşdırmağa başlaya bilər” deyə o yazıb.
Bundan əvvəl Reuters amerikalı parlamentarilərin məktubuna istinadən xəbər vermişdi ki, iki demokrat senator Pentaqona və ABŞ Ədliyyə Departamentinə Maskın Rusiya hakimiyyəti ilə iddia edilən təmaslarını araşdırmağa çağırıb.
Baş prokuror Merrik Qarlanda və Pentaqonun baş müfəttişinə göndərilən məktubda senatorlar Jeanne Shaheen və Jack Reed bu əlaqələrin SpaceX-in ABŞ hökuməti ilə müqavilələrinə mümkün təsirindən narahat olduqlarını bildiriblər. Sənəddə qeyd edilir ki, dövlət büdcəsindən milyardlarla dollar alan Maskın əslində Rusiya ilə əlaqələri olduğu ortaya çıxarsa, bu, onun podratçı və təhlükəsizlik rəsmiləşdirilməsinin sahibi kimi etibarlılığını şübhə altına alacaq. Senatorlar şübhələr təsdiqlənərsə, sahibkarın dövlət satınalmalarında iştirakdan kənarlaşdırılması imkanlarının nəzərdən keçirilməsini təklif ediblər.
Şayəstə Hüseynova