Cənubi Koreyada 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dövlət başçısı vəzifəsindən uzaqlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeol prokurorluğa göndərilib.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, hərbi vəziyyətin təhqiqatına rəhbərlik edən Korrupsiya İstintaq İdarəsi (CIO) Yoonun “iğtişaşlara rəhbərlik etmək” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə mühakimə olunmasını xahiş edib.
Prezidentə qarşı ittiham aktı hazırlamaq səlahiyyətinə malik olmayan CIO, ittiham aktının hazırlanması tələbi ilə faylı prokurorluğa göndərib.
Yoon ifadə vermək üçün yanvarın 15-də saxlanılıb, lakin devrilmiş prezident ifadə verməkdən imtina edib. Səlahiyyətlilərin Yoonu sorğu-sual etmək üçün sonrakı cəhdləri də uğursuz oldu.
Şayəstə Hüseynova