image-images-25backend

Yaponiyada ölümcül virusları öyrənmək üçün laboratoriya açılacaq

Yaponiyada insan həyatı üçün ən təhlükəli virusları öyrənəcək bioloji laboratoriya açılacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət Ebola və Lassa qızdırması kimi ölüm faizi yüksək olan xəstəliklərdən gedir.
Agentliyin məlumatına görə, laboratoriya hələ dekabr ayında sınaq rejimində işə başlaya bilər . O, ölkənin cənub-şərqindəki Naqasaki Universitetində yerləşəcək.
Nəşrin məlumatına görə, Yaponiyada artıq bir laboratoriya fəaliyyət göstərir. Maksimum, dördüncü biotəhlükəsizlik səviyyəsinin (BSL-4) xüsusiyyətlərinə malikdir. Bununla belə, onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhduddur – əsasən patogenlərin özlərini öyrənməkdənsə, infeksiyanın olması üçün testlərin aparılmasına diqqət yetirir. Dünyada 60-a yaxın analoji bioloji laboratoriya var.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki