image-img_8792backend

“Yaponiya getdikcə münaqişəyə qarışır”-Zaxarova

Şimali Atlantika Alyansının Ukraynanın təhlükəsizliyinə yardım etmək və təlim keçmək missiyasına qoşulmaqla Yaponiya Ukrayna münaqişəsində daha çox iştirak edir və Kiyev rejiminə dəstəyini genişləndirir.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, bu cür hərəkətlər Yaponiyanı əvvəllər bəyan etdiyi ölkənin dinc inkişaf konsepsiyalarından uzaqlaşdırır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan Zaxarovanın şərhində deyilir: “Davam edən sürətləndirilmiş remilitarizasiya kursu fonunda Yaponiya Ukrayna ətrafındakı münaqişəyə getdikcə daha çox cəlb olunur, Kiyevdəki terror rejiminə maddi və maddi-texniki dəstəyi genişləndirir”.

Zaxarova vurğulayıb ki, belə bir qərar Yaponiyanın pasifist dövlət statusunu itirməsinə, həmçinin Kiyev rəhbərliyinin hərbi cinayətlərində açıq iştirakına gətirib çıxara bilər.

“Bununla əlaqədar olaraq, xəbərdarlıq etmək istərdik ki, Yaponiyanın Ukraynaya Rusiya vətəndaşlarının öldürülməsi üçün istifadə olunacaq silah və hərbi texnikanın verilməsində birbaşa və ya dolayısı ilə iştirak etmək və ya ukraynalı yaraqlıların təliminə kömək etmək üçün atdığı istənilən addımlar bizim tərəfimizdən birmənalı olaraq düşmənçilik kimi dəyərləndirilir”, – diplomatik departamentin rəsmi nümayəndəsi qeyd edib.

Əgər Tokio Kiyev rejimini təchiz etməyə başlasa, Moskva müvafiq tədbirlərlə cavab verəcək və bunun zərəri ölkə üçün ən həssas bölgələrə dəyəcək.

Bundan əvvəl, bu ilin yanvarında Yaponiya Xarici İşlər Nazirliyi NATO-da nümayəndəlik açmışdı. İdarə hesab edir ki, bu, alyansla daha səmərəli əməkdaşlığa və onunla qarşılıqlı əlaqələrin inkişafına səbəb olacaq.

Bu arada NATO hava qüvvələri Şimal dənizində “Rusiya hücumu” ssenarisinə uyğun təlimlər keçirir. NATO-nun Avropadakı baş komandanı, general Kristofer Kavoli bildirib ki, rus qoşunlarının artırılması alyans üçün problem yaradacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki