İyulun 10-da qondarma rejimin polis və xüsusi xidmət orqanları Xankəndində əməliyyat keçirib.
Alp.az xəbər verir ki, əməliyyatın keçirilməsi ilə bağlı məlumatı erməni teleqram kanalları yayıb. Məlumata görə keçrilən əməlliyat zamanı Xankəndində Azərbaycanın xeyrinə təbliğat aparan 4 nəfər həbs edilib. Erməni teleqram kanalı iddia edir ki, 44 günlük savaşdan sonra Xankəndində yaşayanların Azərbaycan sevgisi artıb və yerli sakinlər indi Azərbaycan dövlətinin dəstəyini gözləyirlər. Teleqram kanalında bu haqda yazan Geqam Mövsesyan bildirib ki, bu Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı işlərlə bağlıdır.
“Çünki 30 ildir çətinlik və səfalət içərisində yaşayan ermənilər Azərbaycan bayrağı altında xöşbəxt yaşayacaqlarına əmindirlər. Amma Azərbaycanın xeyrinə bir söz deyən kimi, Araikin itləri gecə ilə gəlib o adamları həbs edir. Mən əminəm bu belə davam etməyəcək. Stepanakertdə(red- Xankəndi) yaşayanlar Azərbaycanın onlara münasibətini görüb. Biz Azərbaycanın tərkibində olanda gözəl yaşamışıq. Bunu indi anlayırıq.”- Geqam Mövsesyan qeyd edib.