image-10backend

Volodin: Makron istənilən yolla hakimiyyəti saxlamaq cəhdində uğursuz oldu

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransanın baş naziri Mişel Barnyenin hökumətinə etimadsızlıq barədə qətnamənin qəbuluna münasibət bildirərək, ölkə prezidenti Emmanuel Makronun hakimiyyəti saxlaya bilmədiyini qeyd edib. O xatırladıb ki, Makron tərəfindən qurulan hökumət cəmi 91 gün fəaliyyət göstərib və bu, Fransa tarixində antirekorddur.

Elchi.az xəbər verir ki, Volodin Teleqram kanalında yazıb:

“Makronun istənilən yolla hakimiyyəti əldə saxlamaq cəhdi uğursuz oldu”.

Dövlət Dumasının sədri Makronun Fransanı da dərin siyasi və iqtisadi böhran vəziyyətinə gətirdiyini vurğulayıb. Eyni zamanda, Volodinin qeyd etdiyi kimi, Fransa qərar qəbul etməkdə müstəqilliyini itirib. O, Makronun “Baydenin özünü Ukraynadakı müharibəyə sürükləməsinə imkan verməklə” ölkə əhalisinin etibarını itirdiyinə və daha sonra Aİ ölkələri arasında onun dəstəyinin lideri olmağa çalışdığına da diqqət çəkib.

“Makron, Bayden və bənzərlərinin vaxtı keçmişdə qalmalıdır.” – Volodin yekunlaşdırdı.

Yada salaq ki, Fransa Milli Assambleyası baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. Parlamentin aşağı palatasının 331 deputatı etimadsızlıq səsverməsinə səs verib. Qətnamənin qəbulu üçün 577 deputatdan azı 289-nun səsinin lazım olduğu dəqiqləşdirilir. Bundan əvvəl Makron Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi halında istefa verməkdən imtina etmişdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki