Elm aləmində əsaslı inkişaf baş verdi. ABŞ tədqiqatçıları qida və içkilərin dadlarını rəqəmsal məlumatlara çevirərək kimyəvi cəhətdən təqlid edə bilən sistem hazırlayıblar. “e-Taste” adlanan bu texnologiya virtual reallıqda dequstasiya təcrübəsini təmin edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ-da tədqiqatçılar qida və içkilərin dadlarını rəqəmsal məlumatlara çevirərək kimyəvi maddələrlə təqlid edə bilən sistem hazırlayıblar.
Ohio Dövlət Universitetinin alimləri tərəfindən hazırlanmış “e-Taste” beş əsas dadı təmsil edən kimyəvi maddələrdən istifadə edərək qida və içkilərin ləzzətlərini rəqəmsallaşdırır. Dadlar sensorlar vasitəsilə məlumatlara çevrilir və dilin xüsusi sahələrinə ötürülür, bu da onların hiss olunmasına imkan verir.
Şayəstə Hüseynova