Red Bull komandasının holland pilotu Maks Verstappen Formula 1 dünya çempionatında mövsümün 21-ci yarışı olan Braziliya Qran Prisinin qalibi olub.
Elchi.az xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindəki 4,3 kilometrlik Jose Carlos Pace Circuit-də keçirilən yarış 71 dövrədən çox olub.
Yarışı birinci yerdə tamamlayan Verstappendən sonra fransalı Estaban Okon (Alp) ikinci, digər fransız pilot Pyer Qasli (Alp) üçüncü olub.
Bu mövsüm F1-də keçirilən yarışlarda Maks Verstappen 8 dəfə birinci, Lando Norris və Çarlz Lekler üç dəfə, Lyuis Həmilton, Karlos Sayns və Oskar Piastri iki dəfə, Corc Rassel isə bir dəfə podiumun ən yüksək pilləsinə qalxıb.
Mövsümün 22-ci yarışı, Las Veqas Qran Prisi noyabrın 23-də keçiriləcək.
Braziliya Qran Prisindən sonra sürücülər və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:
– Pilotlar
1. Maks Verstappen (Hollandiya): 393
2. Lando Norris (Böyük Britaniya): 331
3. Şarl Lekler (Monako): 307
4. Oskar Piastri (Avstraliya): 262
5. Karlos Sayns (İspaniya): 244
– Komandalar
1. McLaren: 593
2. Ferrari: 557
3. Red Bull: 544
4. Mercedes: 382
5. Aston Martin: 86