image-square_320_68da4265dea16fa39fc7bcf27fed3888backend

Ukrayna Rusiya bölgəsinə hücum etməyə çalışıb

Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Rusiyanın regionlarından birinə hücum etməyə cəhd edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.
Müdafiə Nazirliyi PUA-nın hansı bölgəyə buraxıldığını açıqlamasa da, hava hücumundan müdafiə sisteminin onu Belqorod vilayəti üzərində səmada vurduğunu bildirib.
“Kiyev rejiminin terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – Müdafiə Nazirliyi bildirib.
Bundan əvvəl bildirilib ki, çərşənbə axşamı, noyabrın 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri onlarla pilotsuz təyyarə ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib. Ən çox pilotsuz təyyarə – 24-ü Rostov vilayətində ələ keçirilib. Daha beşi Bryansk vilayətində, üçü Belqorod və Kursk vilayətləri üzərində, ikisi Krım üzərində , biri isə Oryol və Voronej vilayətləri üzərində vuruldu.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki