Ölkənin sərhəd təhlükəsizliyindən məsul olan və ABŞ prezidenti Donald Trampın “sərhəd çarı” olaraq xarakterizə etdiyi rəsmi Tom Homan, Trampın qeyri-qanuni mühacirlərlə mübarizə üçün atdığı addımlardan sonra sərhəd keçidlərində 93 faiz azalma olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Fox News-da danışan Tom Homan, Trump-ın qeyri-qanuni immiqrasiya ilə mübarizədə “oyunu dəyişdirən” bir rol oynadığını iddia edərək, sərhəd təhlükəsizliyində daha əvvəl heç kimin bu cür uğur qazanmadığını söylədi.
Homan, Trampın qeyri-qanuni mühacirlərlə mübarizə addımlarından sonra sərhəd keçidlərinin 93 faiz azaldığını bildirib və əlavə edib ki, bu, Prezidentin birinci dövründəki azalmadan daha böyükdür.
Sərhəd təhlükəsizliyinin əhəmiyyətini vurğulayan Homan, “Sərhədlərə kimin və nəyin girdiyini, niyə girdiklərini və hara getdiklərini bilməliyik” qiymətləndirmə aparıb.
Homan sərhəddə artıq uğur qazandıqlarını, lakin daha çox işlər görəcəklərini, deportasiya əməliyyatları çərçivəsində Trampın vəzifəyə başlamasının ilk həftəsində 5 min adamın həbs edildiyini və onların əksəriyyətinin cinayətkar olduğunu bildirib.
“Ən pisin ən pisinin” Quantanamo həbsxanasına göndəriləcəyini bildirən Homan, buranın daha əvvəl immiqrasiya mərkəzi kimi istifadə edildiyini, indi daha da genişləndiriləcəyini bildirib.
Şayəstə Hüseynova