image-34backend

Trampın nümayəndəsi Ukraynaya səfər edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə yeni xüsusi nümayəndəsi Keyt Kelloq müharibəyə son qoymaq səyləri çərçivəsində yanvarın əvvəlində Kiyevə və bir sıra digər Avropa paytaxtlarına səfər edəcək.

Elchi.az bildirir ki, bu barədə “Reuters” agentliyi səfər planları ilə tanış olan iki mənbəyə istinadən xəbər verir.

Onların sözlərinə görə, Trampın noyabrın sonunda prezidentin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi elan etdiyi 80 yaşlı istefada olan general-leytenant səfəri zamanı Moskvaya səfər etməyi planlaşdırmır.

Onun Kiyevdə Ukrayna rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir və onun komandası hazırda Roma və Parisdə digər Avropa liderləri ilə görüşlər təşkil etmək üzərində işləyir, Reuters agentliyinə mənbələr bildiriblər. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, görüşlər aktiv danışıqlardan çox “fakt toplamaq” məqsədi daşıyacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki