image-2025-01-09t012046z_22423232_rc206cabiuuk_rtrmadp_3_usa-trump-congress-pic_32ratio_900x600-900x600-19988backend

Trampdan şok qərar!

ABŞ prezidenti Donald Tramp administrasiyasının müttəfiqlərin beynəlxalq humanitar hüququ pozaraq Amerika istehsalı olan silahlardan istifadəsinin qarşısını almaq məqsədi daşıyan “Milli Təhlükəsizlik Memorandumu (NSM-20)” əmrini ləğv etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Washington Post qəzeti, Trampın öz mənbələrindən əldə etdiyi 21 fevral tarixli əmr əsasında keçmiş prezident Co Baydenin dövründə imzaladığı və müttəfiqlər tərəfindən istifadə edilən ABŞ istehsalı silahlarla bağlı mümkün beynəlxalq hüquq pozuntuları barədə hesabat verməyi tələb edən direktivi ləğv etmək qərarına gəldiyini yazıb.
Xəbərdə hələlik ictimaiyyətə açıqlanmayan qərarın adının çəkilməsini istəməyən iki dövlət məmuru və qərarla tanış olan mənbə tərəfindən təsdiqləndiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki