Ukrayna prezidentinin hərbi dəstək müqabilində bəzi nadir torpaq elementlərinin ABŞ-a təhvil verilməsi ilə bağlı fərqli cavablar aldığını ifadə edən ABŞ dövlət katibi Rubio, “Məncə, prezident Tramp Zelenskiyə çox qəzəblidir və bu da haqlıdır” deyib.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricin proqramında qonaq olub və cari hadisələrlə bağlı qiymətlər verib. Rubio Rusiya-Ukrayna müharibəsindən tutmuş Kanada ilə münasibətlərə qədər bir sıra mövzularda açıqlamalar verib.
Rubio iddia edib ki, Kanadanın baş naziri Castin Trüdon ABŞ prezidenti Donald Trampla görüşündə tariflər və gömrük rüsumları səbəbindən “ölkə yaşaya bilməz” deyib. Bu cavaba cavab olaraq Trampın Kanadaya “tariflər qarşısında ticarətlə ayaqda qala bilməsələr, 51-ci dövlət ola bilərlər” təklifini verdiyini xatırladan Rubio, “Ölkələrin bizi istismar etməsinə icazə verən günlər bitməlidir. Bu, qlobal nizam üçün yaxşı deyil. Bu, sürtünmə yaradan balanssızlıqlara səbəb ola bilər. Bu, Kanadada da belədir” dedi. Rubio, digər ölkələr və tərəfdaşlarla istənilən şəkildə işləməyə davam edə biləcəklərini vurğulayaraq, iqtisadiyyat və ticarətə gəldikdə, Kanada, Meksika və Çin kimi ölkələrdən “ədalətli cavablar” gözlədiklərini söylədi.
Şayəstə Hüseynova