Meksika prezidenti Claudia Sheinbaum ilə danışdıqdan sonra mən razılaşdım ki, Meksika aprelin 2-dək USMCA sazişinə aid olan hər hansı bir şey üçün tarifləri ödəməli olmayacaq.
Elchi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp elan edib.
“Mən bunu bir kompromis kimi və prezident Şeynbauma hörmət olaraq etdim. Münasibətlərimiz çox yaxşı idi və biz sərhəddə həm qeyri-qanuni əcnəbilərin ABŞ-a daxil olmasını dayandırmaq, həm də fentanili dayandırmaq üçün çox çalışırıq”,-deyə Tramp bildirib.
Yeganə