image-tiktok-yangin-2324579_1backend

TikTok-un bağlanmasına əsəbiləşdi, binanı yandırdı

ABŞ-da 19 yaşlı gənc TikTok-un qadağan edilməsi təklifinə cavab olaraq binanı yandırıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Viskonsin ştatında 19 yaşlı gənc TikTok sosial media tətbiqini qadağan edən qanuna cavab olaraq praktikanı tənqid edən bəyanatları ilə tanınan konqresmen Qlenn Qrotmanın regional ofisinin yerləşdiyi ofis binasını yandırıb.
Fond Du Lac bölgəsinin polisi ofislərin yerləşdiyi binanın yandırılması ilə bağlı açıqlama yayıb.
Açıqlamada respublikaçı konqresmen Qrotmanın icarəyə götürdüyü ofisin yerləşdiyi binanın yandırıldığı və şübhəlinin nəzarətə alındığı bildirilib.
Açıqlamada hadisə zamanı binada heç kimin olmadığı və yanğının söndürüldüyü, 19 yaşlı şübhəlinin TikTok qadağası ətrafında yaranan mübahisəyə cavab olaraq binanı yandırdığını dediyi bildirilir.
ABŞ mətbuatında Qrotmanın daha əvvəl TikTok-u tənqid edən açıqlamalar verdiyi qeyd olunur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki