image-1697543861-tiktok-jumpbackend

TikTok bütün dünyada işçilərini ixtisar edir

TikTok, biznesin yenidən qurulmasının bir hissəsi olaraq bütün dünyada etibar və təhlükəsizlik bölməsindən məzmun moderasiyası işçilərini ixtisar etməyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Vəziyyətlə tanış olan mənbələr nəşrə bildiriblər ki, şirkətin baş əməliyyat direktoru, bu bölməyə nəzarət edən Adam Presser fevralın 20-də işçilərə işdən çıxarılması barədə bildiriş göndərib.
Həmin gün Avropa, Asiya, Afrika və Yaxın Şərqdə ixtisarlar başladı.
Bu bölmədə 40 min mütəxəssis çalışır. Hələlik neçə nəfərin ixtisar ediləcəyi məlum deyil.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki