image-9107a20e-1bfd-33b6-815f-3daee6ec3018_850backend

Tətillər Fransanın enerji təchizatını pozub

Fransada dövlət enerji nəhəngi EDF-nin işçilərinin tətili təxminən 2,5 qiqavat (QVt) elektrik enerjisinin itirilməsinə səbəb olub.

Bu barədə Elchi.az “Reuters”ə istinadən məlumat verir.

Təxminən 1 qiqavat hidroelektrik enerjisi və Fransanın şimalındakı Paluel atom elektrik stansiyasının iki reaktorundan 1,5 QVt enerji istismardan çıxarılıb.

Bu, Fransada elektrik enerjisi istehsalının təxminən 4 %-ni təşkil edir. Fransanın gün ərzində xalis ixracatçı olaraq qalacağı gözlənilir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki