image-alkol-bardagi-sahte-icki-ap-1669772_1backend

Tədqiqat: Alkoqol altı əsas xərçəng növü ilə əlaqələndirilir

Alkoqol istehlakının sağlamlığa təsiri ilə bağlı elmi araşdırmalar irəlilədikcə, xüsusilə xərçəngə təsiri daha aydın olur. Amerika Xərçəng Araşdırmaları Assosiasiyası tərəfindən dərc edilən yeni hesabat, spirtin xərçəngə səbəb ola biləcək mühüm faktor olduğunu ortaya qoyur.
Elchi.az xəbər verir ki, hesabatda qeyd edilir ki, bütün xərçəng hadisələrinin 40 faizi “dəyişdirilə bilən risk faktorları” ilə bağlıdır.
Bu amillərin başında alkoqol istehlakıdır. Hesabata görə, spirt istehlakı altı əsas xərçəng növü ilə əlaqələndirilir: baş və boyun, yemək borusu, qaraciyər, süd vəzisi, yoğun bağırsaq və mədə xərçəngi.
Statistikalar heyrətləndiricidir.
2019-cu ildə Qərb ölkələrində hər 20 xərçəng diaqnozundan birinin spirtli içki qəbulu ilə əlaqələndirildiyi halda, bu nisbətin zaman keçdikcə artdığı bildirilir. Bu vəziyyət, alkoqolun “zərərsiz sosial vərdiş” kimi geniş yayılmış qavrayışını sual altında qoyur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki