Sudan Səhiyyə Nazirliyi kolera epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə yüksəldiyini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan kolera epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.
Açıqlamada epidemiyadan ölənlərin sayının 242-yə yüksəldiyi bildirilib.
212 İNSAN YAYĞIŞLAR VƏ SELLƏR NƏTİCƏSİNDƏ ÖLDÜ
Açıqlamada ölkədə iyun ayından etibarən təsirli olan və vəba xəstəliyinin yayılmasına səbəb olan yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 212-yə yüksəldiyi bildirilib.
Açıqlamada, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayının 250 min 111-ə yüksəldiyi qeyd edilib.
İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də kolera xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox adam ölür, on minlərlə ev, iş yeri və əkinçilik sahəsinə ziyan dəyir.
Şayəstə Hüseynova