image-ermeni-esger4343backend

Son günlər Ermənistan ordusu müxtəlif istiqamətlərdə mövqelərini gücləndirməyə çalışır – Açıqlama

Son aylar erməni silahlı birləşmələrinin fəallaşması hiss olunur. Bu, Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə birbaşa əlaqədardır.

Alp.az-ın məlumatına görə, bunu Azərtac-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.

Qeyd edib ki, problemin həlli ilə bağlı Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar müstəvisində həmin proseslərin sülhlə nəticələnməsi olduqca əhəmiyyətlidir: “Təəssüflər olsun ki, Ermənistan öhdəliklərini yerinə yetirmir, yəni 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndini icra etmir və davamlı şəkildə silahlı birləşmələrini Azərbaycan Ordusunun mövqelərinə qarşı əməliyyat təxribat proseslərində iştirakını stimullaşdırır. Son iki-üç gün ərzində baş verən hadisələr isə onu deməyə əsas verir ki, Ermənistan ordusu bütün istiqamətlərdə mövqelərini gücləndirməyə çalışırlar. Bir neçə müddətdir ki, Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində fəallaşıblar. Həmçinin Kəlbəcər, Qarabağ bölgəsində Şuşa, Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar. Erməni terrorçuları paralel olaraq bir neçə istiqamətdə fəaliyyətlərini qurmağa, hərbi əməliyyatlar aparmağa çalışırlar. Pilotsuz uçuş aparatlarını istifadə etməklə əməliyyat-kəşfiyyat işləri görməyə cəhd edirlər.

image-ramil-mammadli-_-azertac

Eyni zamanda, erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinin mühafizə etdiyi şərti sərhəd bölgəsindən keçməklə sərhədin dərinliyindəki Ordumuza məxsus hərbi birləşmələrə qarşı təxribat həyata keçirməyə çalışırlar. Eləcə də Şuşa və Ağdam istiqamətində mühəndis-istehkam işləri görürlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hərbi əməliyyatlara hazırlaşır, gələcəkdə baş verə biləcək proseslərə artıq indidən planlaşdırır, müəyyən istiqamətlərdə üstün mövqe qazanmağa çalışır”.

Hərbi şərhçi xatırladıb ki, Silahlı Qüvvələrimizin Vətən müharibəsindən sonra həyata keçirdiyi hərbi əməliyyatlar zamanı həm Qarabağda, həm də Ermənistan-Azərbaycan şərti sərhəd bölgəsində taktiki və strateji məntəqələr Ordumuzun nəzarətinə keçib. Bu da Ermənistanı narahat edir. İlk növbədə bu məsələ sülh müqaviləsinin uzadılması istiqamətində cəhd kimi dəyərləndirilməlidir. Həmçinin ermənilərin itirilmiş mövqelərə geri qayıtmaq və orada postlarını qurmaq kimi qiymətləndirilməlidir. Ermənistanın bu fəaliyyəti əldə olunan ilkin atəşkəs razılmaşsına tamamilə ziddir və proses belə davam edərsə, növbəti hərbi toqquşma baş verə bilər. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü demək olar.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki