image-balistik-fuze-kuzey-kore-reu-1746374_1backend

Şimali Koreya yenidən ballistik raket buraxıb

Şimali Koreya Koreya yarımadasının şərq sahillərinə doğru ballistik raket atıb.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı Şimalın raket atması ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Şimali Koreyanın Koreya yarımadasının şərq sahillərinə doğru “naməlum” ballistik raket atdığı qeyd edilib.
Yaponiya ordusu Şimalın atəş açdığını təsdiqləsə də, ballistik olduğu düşünülən raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü bildirib.
Koreya yarımadasındakı hərbi təlimlər və raket sınaqları ilə gərginliyin artmaqda davam etdiyi məlum olsa da, Şimali Koreyanın bu raket atışının ABŞ-da bu gün keçirilən 60-cı prezident seçkiləri zamanı reallaşması diqqət çəkib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki