Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının beton eyvanının uçması nəticəsində 13 nəfər həyatını itirib. Hökumət noyabrın 2-ni ümummilli matəm günü elan edib.
xəbər verir ki, Yerli mətbuatın məlumatına görə, Novi Sadda qatar stansiyasının beton eyvanı günorta saatlarında naməlum səbəbdən uçub.
Uçqun yerində dağıntılar altında qalan 13 nəfər ölüb, 4 yaralı isə xəstəxanaya çatdırılıb.
Serbiyanın baş naziri Miloş Vuçeviç və daxili işlər naziri İvitsa Daçiç qatar stansiyasının olduğu yerə gələrək səlahiyyətlilərdən məlumat alıblar.
Baş nazir Vuçeviç açıqlamasında binanın 1964-cü ildə inşa edildiyini, hadisənin araşdırılacağını və səhlənkarlıq edənlərin cavab verməli olduğunu qeyd edib.
Nuranə Məmmədova