image-94b7f4ce-f9eb-36ff-9dd7-b55b52d01065_850backend

Sankt-Peterburq – Antalya aviareysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən gecikib

Sankt-Peterburq – Antalya marşrutu üzrə noyabrın 4-nə keçən gecə həyata keçirilməli olan aviareys texniki səbəblərə görə 17 saatdan çox gecikib.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Pulkovo hava limanının operatoru olan “Vozduşnıe vorota Severnoy Stoliçı” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 4-də Moskva vaxtı ilə saat 01:25-də Sankt-Peterburqdan Antalyaya uçmalı olan A-Jet TK 3977 reysi texniki səbəblərə görə təxirə salınıb. Aviaşirkət sərnişinləri qida və digər xidmətlərlə təmin etmək üçün tədbirlər görür”, – məlumatda bildirilib.

İlkin məlumatlara görə, təyyarə bu gün saat 19:00-da yola düşə bilər.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki