Mərkəzi Amerika ölkəsi El Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra alınan ilk məlumata görə, ölən və xəsarət alan olmayıb.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda olduğunu açıqlayıb.
Dərinliyi 49,5 kilometr olaraq qeydə alınan zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilib.
Şayəstə Hüseynova