NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahına səfər etməyi planlaşdırır.
Elchi.az-ın xəbərinə görə, “The Washington Post” Almaniya rəsmilərinə istinadən yazır ki, görüşün əsas məqsədi Trampı Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya güzəştə getməməyə inandırmaqdır.
Nəşrin aydınlaşdırdığı kimi, Rutte Trampa çatdırmaq niyyətindədir ki, Rusiyanın təcavüzünü təşviq etməyən və Ukrayna üçün güclü təhlükəsizlik zəmanəti verə biləcək “ədalətli və davamlı sülh” həm ABŞ, həm də Avropanın maraqlarına cavab verir Ukrayna münaqişəsi kontekstində hər hansı güzəştlər istisna edilməlidir, çünki “pis razılaşma Trampa zərər verəcək”.
Bundan əvvəl Avropa Trampın Ukrayna ilə bağlı mövqeyi ilə bağlı “ehtiyatlı nikbinlik” ifadə edərək, onun Kiyevin təslim olması ilə münaqişəyə son qoymağa çalışmasının çətin olduğunu qeyd edib.
Yeganə