Rusiya Pilotsuz Uçuş Aparatları (PUA) istehsalı üçün nəzərdə tutulan yeni zavodun açılışını edib.
Müdafiə naziri Sergey Şoyqunun ziyarət etdiyi zavodda “Orinon-E” PUA-ları istehsal olunur.
Alp.az Strategyvision-a istinadən xəbər verir ki, zavod Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Dubnada açılıb.
İlk uçuşunu 2016-cı ildə edən “Orion” sınaq və sertifikatlaşdırmadan sonra 2019-cu ildən etibarən Suriyada istifadə olunmağa başlayıb. Sistem rəsmi olaraq 2020-ci ildə Rusiya Ordusunun inventarına daxil olub.
Ruisya Müdafiə Nazirliyi 24 avqust 2021-ci ildə istehsalçı “Kronştadt” ilə müqavilə bağlayıb və 5 sistemdən ibarət “Orion” sifariş verib. Çatdırılmaların 2023-cü ildə başlanması gözlənilir.
Ümumilikdə 200 kiloqram yük daşıya bilən PUA havada 200 km sürətlə uça bilir. Onun uçuş məsafəsi 250 kilometrdir. Ümumi qalxma çəkisi 1000 kiloqram olan “Orinon-E” 24 saat uçuş müddətinə malikdir.
“Orlan-10” PUA-larının Taktiki-Texniki Xüsusiyyətləri
Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: daxili yanma;
Kreyser sürəti:100-150 km/saat;
Praktik uçuş məsafəsi: 600 km;
Fəaliyyət radiusu: 50-120 km;
Uçuş müddəti: 10-18 saat;
Praktik uçuş yüksəkliyi: 6000 m.