image-555backend

Putinin müharibədə güvəndiyi yeganə şəxs – “Rusiyanın “müharibə allahı” odur, onunla məsləhətləşir…”

Rusiya-Ukrayna müharibəsində ordunun fəaliyyət planı istiqamətindənki müzakirələr gündəm olub. Ali Baş Komandan kimi hücumla bağlı son məsuliyyət təbii ki, Rusiya prezidentinin üzərinə düşür, amma həlledici məqamlarda Putinin hərbi mövzularda kimə arxalandığı maraq doğurur.

Bu siyahıda müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və başqalarının adları hallanır.

Bəs əslində, Putinin yaxın çevrəsində müharibəni kim idarə edir?

Hərbçi ekspert Üzeyir Cəfərov GUNDEM.Az-a açıqlamasında Putinin müharibə zamanı arxalandığı yeganə adamın müdafiə naziri Sergey Şoyqu olduğunu vurğulayıb. Müsahibimiz onları bir-birinə çox sıx tellərin bağladığını deyib:

“Onların nazir-Ali Baş Komandan kimi yox, dost kimi münasibətləri var. Bəziləri Putinin varisi qismində Rusiyanın baş naziri Mixail Mişustinin, yaxud Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin və digərlərinin adını çəkir. Mən isə, fikrimdə qalıram – Putin yerini təhvil verəsi olsa, bu adam, etibar etdiyi Şoyqu olacaq. Qaldı, müharibəni kimin idarə etməsinə, sual olunur ki, Rusiya heç döyüş aparır ki? Bilirsiniz, müharibədə generalları da həlak olub. Onlar uzaqdan-uzağa raket, aviasiya zərbələri ilə Ukraynanın şəhər və kəndlərini viran qoyurlar, körpə uşaqlar, qocalar, qadınlar öldürülür, bununla nəyə nail olacaqlar? Bunun adı müharibə deyil, bu, faşizmin ən çirkin elementidir. Rusiya girdiyi bataqlıqdan çıxa bilməyəcək – həm siyasi, həm iqtisadi , hərbi mənada. Putinin hakimiyyət hərisliyi və görməmişliyi, hikkəsi onun sonunu yaxınlaşdırır. Yaxın illərdə Rusiya bunun altından çıxa bilməyəcək”.

Ekspert qeyd edib ki, qarşıdan gələn həftələrdə Rusiyada çox ciddi təlatümlər olacaq və maraqlı hadisələrin şahidi olacağıq:

“Rusiya Ukraynanı hədəfə almışdı, özəlliklə onun başında duran adama yeri gəldi-gəlmədi “təlxəkdir”, “şou adamıdır” deyərək rişxənd edirdilər. Onlar eqolarına yenilərək vəziyyəti düzgün dəyərləndirə bilmədilər, təhlilləri doğru aparmadılar. Ötən günlərdə əsir götürülən rus komandirlərindən birinin çantasından fevralın 20-dən, martın 6-na qədər müharibə ilə bağlı məxfi xəritə çıxıb. Yəni Rusiya xeyli vaxt idi, buna hazırlaşırdı. Putin özü ilə bərabər, Belarusu da bu bataqlığa saldı. Rusiya ilə bağlı məsələ bitəndən sonra növbəti hədəf Belarus olacaq”.

Ü.Cəfərov iddia edib ki, Putini fiziki cəhətdən aradan götürə bilərlər:

“Xüsusilə, nüvə silahı ilə dünyanı təhdid edəndən sonra, ilk fürsətdə onu fiziki olaraq zərərsizləşdirəcəklər və adını da “Rusiya xalqı və dünyanı fəlakətdən xilas etmək naminə əməliyat” qoyacaqlar. Putin nüvə silahından istifadə əmri versə belə, hərbiçilər bu əmri yerinə yetirməyəcəklər”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki