Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Perşotravnevoye və Donetsk vilayətində Kurahovka yaşayış məntəqələrini ələ keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Rusiya təyyarələri, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələri, Ukrayna ordusunun istifadə etdiyi enerji infrastrukturu obyektləri, “Kraken” millətçi birləşmələrinin komanda məntəqələri, hərbi hava limanının infrastrukturu, Ukrayna ordusunun yanacaq bazası, silahlı pilotsuz uçuş aparatları emalatxanası və hərbi vahid və texnikanın toplandığı 149 ərazini vurduqları, hava hücumundan müdafiə sistemlərinin ABŞ istehsalı olan 4 ədəd ATACMS raketi, 3 ədəd Fransa istehsalı olan “Hammer” idarəolunan bombası və 50 ədəd təyyarə tipli pilotsuz uçuş aparatının məhv edildiyi bildirilib.
Açıqlamada, Rusiya ordusunun Donbas və digər bölgələrdə bəzi mühüm nöqtələri nəzarətə götürdüyü və “Qərb hərbi birləşmələrinin uğurlu hücumları nəticəsində Xarkov bölgəsindəki Perşotravnevoye yaşayış məntəqəsini azad etdiyi bildirilib. Mərkəzi hərbi hissələrin hücumları nəticəsində Donetsk Xalq Respublikasının Kurahovka qəsəbəsi azad edilib”.
Rusiya Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada Ukraynada 1-i Xarkov vilayəti, 11-i Donetsk vilayəti daxil olmaqla, son bir həftədə 12 yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
Şayəstə Hüseynova