Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu səhər başlayan Rusiya və Amerikanın yüksək rütbəli rəsmiləri arasında danışıqlar 4,5 saatdan sonra başa çatıb.
Rusiya nümayəndə heyətinin tərkibində olan vitse-prezident Yuri Uşakov Rusiya və ABŞ-ın ikitərəfli münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəldiyini və iki ölkənin bir-birinə hörmətlə yanaşmağa razı olduğunu bildirib. Uşakov qeyd edib ki, Ukrayna ilə bağlı təmaslar vaxtı gələndə Rusiya və ABŞ-ın müxtəlif danışıqlar qrupları tərəfindən başlanacaq. ABŞ Dövlət Departamenti iki ölkənin diplomatik münasibətləri və diplomatik missiyaların fəaliyyətini normallaşdırmaq üçün işləmək barədə razılığa gəldiyini açıqlayıb.
ABŞ dövlət katibi Marko Rubio görüşdən sonra bildirib ki, Ukraynada münaqişəyə ədalətli son qoyulması yalnız bütün tərəflərin razılığı və şərtlərin məqbul olduğu halda mümkün olacaq. Aİ-nin Ukrayna danışıqlarında iştirakının mümkünlüyündən danışan Rubio deyib: “Aİ nə vaxtsa masa arxasında oturmalıdır, çünki onlar da sanksiyalar tətbiq ediblər. Amma burada əsl məsələ məqsəddir və biz bu barədə razıyıq. Məqsədimiz bu münaqişəni ədalətli, uzunmüddətli, davamlı və bütün tərəflər üçün məqbul bir şəkildə bitirməkdir”.
Nuranə Məmmədova