image-55555backend

Rusiya sülhməramlıları Qazaxıstanda QALDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin hərbçilərinin Qazaxıstandan çıxarılması davam edir. Alp.az-ın məlumatına görə, yanvarın 14-də Qırğızıstan, Tacikistan və Ermənistan ordularının kontingentinin ölkəni tərk etdiyi açıqlanıb. Belarus hərbçiləri Qazaxıstandan yanvarın 13-də gedib.

2022-ci il yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün prezident Qasım-Comərd Tokayev sabitliyin bərpası üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridilib. Hərbi kontingentdə Belarus, Tacikistan, Qırğızıstan, Ermənistan orduları ilə yanaşı Rusiya ordusu da təmsil olunub.

Yanvarın 11-i Qazaxıstanda yeni hökumət qurulub, vəziyyət sabitləşməyə başlayıb, bir çox bölgədə fövqəladə vəziyyət rejimi ləğv edilib.Novator

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki