Rusiya Ermənistanda yerləşdirilən 102-ci hərbi bazasındakı hərbçiləri müqviləli hərbçilərlə əvəz edir. Alp.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu hərbi hissədəki hərbçilər 2022-ci ildə tam müqaviləli hərbçilərlə təmin olunacaq.
Ermənistandakı hərbi bazanın hərbçiləri 2021-ci ildə 3,5 mindən çox döyüş hazırlığı keçirib.
“MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemində gecə-gündüz növbətçilik tapşırıqlarını yerinə yetirən hərbi hava hücumundan müdafiə bölmələri yarısı gecə olmaqla 250-yə yaxın, artilleriya diviziyaları isə 100-dən artıq döyüş atışı keçirib. kəşfiyyat-atəş komplekslərinin tərkib hissəsi kimi təlimlər keçirilib”, -məlumatda bildirilir.
Mənbə bildirir ki, bu il hərbi hissəyə yeni silahlar da veriləcək və hərbi hissə tam komplekləşdiriləcək.