Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Gigant qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar yer alıb.
Rusiya ordusunun Ukraynada cəbhədə irəliləyişini davam etdirdiyi bildirilən bəyanatda “Cənub Hərbi Qrupu birliklərinin aktiv hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Gigant qəsəbəsi azad edilib” , – deyə bildirilib.
Açıqlamada son 24 saatda 143 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, sursat anbarlarına, pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzlərinə hücumlar edildiyi, müharibənin başlanmasından bu yana 650 təyyarə, 283 təyyarənin, Ukrayna ordusuna məxsus vertolyotlar, 38 min 595-dən çox PUA, 590 hava hücumundan müdafiə raket sistemi, 19 min 972 tank və zirehli texnika, 1504 çoxlüləli reaktiv yaylım atəşi qurğusu, 20 mindən çox raket məhv edilib. Bildirilib ki, 29 min 509 xüsusi təyinatlı hərbi texnika haubitsa və minaatanlarla məhv edilib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində Novıy Trud qəsəbəsinin ələ keçirildiyini açıqlayıb.
Nuranə Məmmədova