image-347398810051208backend

Rusiya: Bayden administrasiyasının mirasını təmizləməliyik

“Biz ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın təməllərinin ilk əlamətlərini belə məhv etmək üçün əlindən gələni edən Bayden administrasiyasının mirasını təmizləməliyik”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Elchi.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında gündəliyə dair deputatlara açıqlama verib.
Lavrov bildirib ki, bütün sahələrdə ABŞ-la münasibətlərin normallaşması istiqamətində hərəkət var. Rusiya və ABŞ nümayəndə heyətlərinin uzun fasilədən sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşünü şərh edən Lavrov, iki ölkə arasında təhlükəsizlik və strateji sabitliyə dair danışıqlara şərait yaradacaqlarına ümid etdiklərini bildirib.
ABŞ və Rusiya arasında münasibətləri yaxşılaşdırmaq niyyətinin olduğunu vurğulayan Lavrov, “Hələlik dünənki danışıqların göstərdiyi kimi, bütün sahələrdə münasibətlərin normallaşması istiqamətində hərəkət başlayır. Ən azından bu hərəkata başlamaq üçün müəyyən hazırlıq var. “Təkcə Ukrayna böhranını həll etmək üçün deyil, həm də Rusiya ilə ABŞ arasında ticarət-iqtisadi və geosiyasi sahədə tərəfdaşlığın bərpası və genişləndirilməsi üçün şərait yaratmağa hazır olduğunu bəyan edib.
Lavrov bildirib ki, Rusiya və ABŞ-ın milli maraqları heç vaxt tam şəkildə üst-üstə düşməyəcək və onların maraqları üst-üstə düşərsə, bundan hər iki tərəf faydalanacaq. Rusiya ilə ABŞ arasında strateji əməkdaşlığın mümkünlüyündən danışan Lavrov deyib: “Hələlik biz ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın təməllərinin ilk əlamətlərini belə məhv etmək üçün əlindən gələni edən Bayden administrasiyasının mirasını təmizləməliyik”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki