image-7777backend

Rəsmi Tehrandan ŞOK QƏRAR : Paytaxtda ticarət məkanlarının qeyri-fars adlardan istifadə etməsi qadağandır

Rəsmi Tehran ölkə ərazisində ticarət və iaşə müəssilərində qeyri-fars dillərdən istifadə edilməsinin qadağan olduğunu açıqlayıb. Alp.az xəbər verir ki, bu barədə açıqlamasında  Tehran polisinin rəsmisi məlumat verib.

Tehranın ticarət məkanlarına nəzarət polisinin (əmakon) rəisi, polkovnik Nadir Muradi deyib ki, Tehranda ticarət məkanlarının adları mütləq fars dilində olmalıdır.

“İş yerləri və ticarət obyektləri üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İranın Mədəniyyət və İrşad Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır”,- deyə Murası qeyd edib.

O əlavə edib: “Polisə göndərilən təlimata görə, iş yerləri yerli dillərə mənsub adlardan sadəcə o dillə bağlı olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün, türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki