image-antoniu_quterresbackend

Quterreşdən “Biomüxtəliflik” çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kolumbiyada keçirilən Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik Konfransında (COP16) çıxış edib. Quterreş bildirib ki, planetin sağ qalması üçün ölkələr öz öhdəliklərini yerinə yetirməlidir.
Elchi.az xəbər verir ki, Kalidə keçirilən COP16-nın yüksək səviyyəli sessiyasında çıxış edən Quterreş biomüxtəlifliyin itməsinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib.
Biomüxtəlifliyin təcili şəkildə qorunmasına çağıran Quterreş, “Biz talançılıqdan qorunmağa keçməliyik. Həm planetin, həm də bizim həyatımız bundan asılıdır”. Təbiət həyatın özüdür, amma biz ona qarşı müharibə aparırıq, qalibləri olmayan bir müharibə. Hər il temperaturun yüksəldiyini müşahidə edirik. “Hər dəqiqə bir maşın dolusu plastik tullantı okeanlarımıza, çaylarımıza və göllərimizə atılır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki