Türkiyəli məşhur aktyor Nəcib Naşit Özcan 68 yaşında vəfat edib.
Elchi.az xəbər verir ki, sənətçi 27 fevralda beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, N.Özcan 18 teleserial, o cümlədən “Qurdlar Vadisi Pusu”da və 4 filmdə rol alıb. Həmçinin bir çox teatr tamaşasında çıxış edib.