image-thumbs_b_c_b8c907da8a5eba3cfcb5f2bd5a2449a6backend

Qəzzada ölənlərin sayı 44 min 612-yə yüksəlib

İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 44 min 612, yaralı sayı isə 105 min 834-ə yüksəlib.
Elchi.az xəbər verir ki, İsrail 427-ci gündür Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Qəzza zolağında son 24 saatda həyata keçirilən 3 hücumda 32 fələstinlinin həyatını itirdiyi, 95 fələstinlinin isə yaralandığı bildirilib.
Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayının 44 min 612, yaralıların sayının isə 105 min 834-ə yüksəldiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki